RU

Artıq 51 ölkə öz Milli səviyyədə müəyyən edilmiş töhfələrini təqdim edib - Estefaniya Ardilya Robles

Bakı. Trend:

Artıq 51 ölkə öz Milli səviyyədə müəyyən edilmiş töhfələrini(NDC) təqdim edib – onlardan 42-si Tərəfdaşlığın üzvüdür, 29 ölkəisə yeni NDC-lərin hazırlanmasında Tərəfdaşlıq üzvlərinin dəstəyinialıb.

Trend xəbər verirki, bunu NDC-lər üzrə Tərəfdaşlığın ölkələrlə qarşılıqlı fəaliyyətüzrə direktorunun müavini Estefaniya Ardilya Robles “Bakı İqlimFəaliyyəti Həftəsi” çərçivəsində keçirilən beynəlxalq konfransdadeyib.

Onun sözlərinə görə, ölkələr geniş ictimaiyyətin NDC məqsədləriilə bağlı məlumatlılığının artırılmasına, institutlar səviyyəsindədəstəklənməsinə və cəmiyyət üçün anlaşıqlı olmasına getdikcə dahaçox diqqət göstərir. Bu isə onların uğurla həyata keçirilmə şansınıartırır:

"Birinci addım – iqlim dəyişikliklərinin təsirlərininyumşaldılması və adaptasiyası üçün prioritet sahələri və iqtisaditədbirləri müəyyən etməkdir. NDC-lər və uzunmüddətli strategiyalar(LTS) vasitəsilə aydın siqnallar bu istiqamətdə hərəkət etməyəkömək edir.

İkinci addım – NDC məqsədlərini konkret fəaliyyətlərə çevirməküçün icra planlarının, yol xəritələrinin və əsas mərhələlərinhazırlanmasıdır. Tərəfdaşlıq belə planların hazırlanmasında 64ölkəyə dəstək verib; bunların bir çoxu nazirlikləri, özəl sektoruvə bütün maraqlı tərəfləri cəlb etmək üçün investisiya və müşayiətmexanizmlərini əhatə edib".

Избранный
34
az.trend.az

1Источники