RU

Trampınn Qəzza ilə bağlı Netanyahuya təzyiq göstərəcəyi iddia olunub

ain.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampınn Qəzza zolağında atəşkəsə nail olunmasına görə irəli sürdüyü yeni təklifi qəbul etməsi üçün İsrailin Baş naziri Benyamin Netanyahuya  təzyiq göstərəcəyi iddia olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Tramp ilə Netanyahu arasında bu gün Ağ Evdə baş tutacaq görüşdə Qəzzada atəşkəsə dair təqdim edilən təklif müzakirə olunacaq.

Qeyd olunub ki, Tramp Ağ Evə qayıtdıqdan sonra Qəzzada atəşkəsə dair Netanyahuya ilk dəfə təzyiq göstərəcək.

Həmçinin bildirilib ki, Tramp Netanyahuya xəbərdarlıq edəcək ki, İsrail bu atəşkəs təklifini qəbul etməsə, ABŞ ictimaiyyəti ilə ziddiyyətə düşmək və daha da beynəlxalq təcridə məruz qalmaq riski ilə qarşı-qarşıya qala bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
50
operativmm.az

10Источники