Sentyabrın 29-da elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının təhsil nazirinin müavini Jiangfeng Du ilə görüşüb.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.


