RU

II Azərbaycan–Özbəkistan Media Forumu çərçivəsində Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Medianın İnkişafı Agentliyində II Azərbaycan – Özbəkistan MediaForumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Özbəkistannümayəndə heyəti ilə görüş keçirilib.

Trendxəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumatyayıb.

Bildirilib ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçıdirektoru Əhməd İsmayılov “Azərbaycan Respublikası ilə ÖzbəkistanRespublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə“Yol Xəritəsi”ndən irəli gələn məsələlərin icrasından bəhs edib,iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən media sferasındamünasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. O bildiribki, qarşılıqlı təcrübə və informasiya mübadiləsi, birgə layihələrintəşkili, həmçinin peşəkar kadrların inkişafına yönəlmiş təşəbbüslərəməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edir.

Özbəkistan nümayəndə heyətinin rəhbəri Özbəkistan RespublikasıPrezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektormüdiri Dilşod Saidjanov Azərbaycan və Özbəkistan arasında stratejitərəfdaşlıq münasibətlərinin medianın inkişafı sahəsində də mühümnəticələr verdiyini qeyd edib, informasiya mübadiləsininintensivləşməsi və birgə media layihələrinin həyata keçirilməsininvacibliyini vurğulayıb. O bildirib ki, ənənəvi media forumlar ikiqardaş ölkənin media sahəsində yeni əməkdaşlıq imkanlarınımüəyyənləşdirmək və gələcək hədəfləri birgə planlaşdırmaqbaxımından xüsusi əhəmiyyət kəsb edir.

II
II
II
II
II
II
II
II
Məqalədə:
Избранный
6
37
az.trend.az

10Источники