RU

III MDB Oyunları: Azərbaycanın daha iki stolüstü tennisçisi gümüş medal qazandı

BAKI, 29 sentyabr. TELEQRAF

Qəbələ Olimpiya İdman kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışları davam edir.

Teleqraf xəbər verir ki, bu gün fərdi yarışların finalında Azərbaycanlı idmançılar Adil Əhmədzadə rusiyalı rəqibi Yevgeni Vasikova, Mərziyə Nurmətova isə Rusiyanın digər təmsilçisi Zlata Terexovaya 0:3 hesabı ilə məğlub olublar və gümüş medallarla kifayətləniblər.

Qeyd edək ki, daha öncə digər Azərbaycan təmsilçisi Onur Quluzadə də gümüş medal qazanıb.

Избранный
9
1
teleqraf.com

4Источники