RU

Spaletti "Əl-İttihad"ın başına keçə bilər

İtaliyalı mütəxəssis Luçano Spaletti "Əl-İttihad"ın baş məşqçisi ola bilər.

Operativ Media xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano xəbər verir.

Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi 66 yaşlı italiyalını dəvət etməyi düşünür. "Barselona"nın sabiq baş məşqçisi Xavi və "Milan"ı çalışdırmış Serxio Konseysao da namizədlər arasındadır.Sentyabrın 28-də “Əl-İttihad” “Əl-Nassr”a məğlubiyyətdən (0:2) sonra Loran Blanla müqaviləyə xitam verdi.

Spaletti 2009-2014-cü illərdə ikiqat Rusiya çempionu olan Sankt-Peterburq "Zenit"inin baş məşqçisi olub. O, "Roma", "İnter", "Napoli" və İtaliya millisini də çalışdırıb.

Избранный
19
operativmedia.az

1Источники