RU

Arzuxan Əlizadə yenidən sədr seçildi — FOTOLAR

28 sentyabr tarixində Azərbaycan Milli İstiqlal Partiyasının XIII Qurultayı keçirilib.

Demokrat.az
xəbər verir ki, “Qafqaz” Biznes Mərkəzinin Konfrans zalında 61 rayon (şəhər) təşkilatından seçilmiş nümayəndələrin iştirakı ilə baş tutan Qurultay dövlət himninin səsləndirilməsi, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə öz işinə başlayıb.
 
AMİP sədri tərəfindən açıq elan olunan Qurultayda Rəşad Bayramov Qurultayın sədri, Elşən Müstafayev sədr müavini, Məmmədəli Səfərov və Nuranə Səlimova katib seçiliblər.

AMİP-in Qurucu lideri Etibar Məmmədovun Qurultay nümayəndələrinə təbriki və tövsiyyələri dinlənilmiş, daha sonra müvafiq hesabat çıxışları olub. AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin, AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun və Mərkəzi İntizam Komissiyasının sədri Maarif Abbasovun hesabatları dinlənilib, hesabat ətrafında müzakirələrdən sonra müvafiq strukturların fəaliyyəti qənaətbəxş hesab edilib.

Qurultayda partiya sədrliyinə, Siyasi Şura və Ali Məclis üzvlüyünə, o cümlədən də Mərkəzi İntizam Komissiyasına seçkilər keçirilib. Səsvermə nəticəsində Arzuxan Əlizadə yekdilliklə Azərbaycan Milli İstiqlal Partiyasının sədri seçilib, digər seçkili qurumların yeni tərkibi formalaşıb.
 
Qurultayda ölkədəki cari vəziyyət geniş şəkildə müzakirə edilib, özündə siyasi, sosial-iqtisadi, yerli özünüidarəetmə və xarici siyasətlə bağlı təkliflərin yer aldığı Qətnamə qəbul olunub.







Избранный
18
5
demokrat.az

10Источники