AZ

AMİP-in yeni sədri o oldu - FOTO

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli İstiqlal Partiyasının XIII Qurultayı keçirilib.

Bu barədə Hafta.az-a partiyanın Mətbuat xidmətindən bildirilib.

AMİP-in Qurucu lideri Etibar Məmmədovun Qurultay nümayəndələrinə təbriki və tövsiyyələri dinlənildikdən sonra müvafiq hesabat çıxışları olub. AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin, AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun və Mərkəzi İntizam Komissiyasının sədri Maarif Abbasovun hesabatları dinlənilib, hesabat ətrafında müzakirələrdən sonra müvafiq strukturların fəaliyyəti qənaətbəxş hesab edilib.

Qurultayda partiya sədrliyinə, Siyasi Şura və Ali Məclis üzvlüyünə, o cümlədən də Mərkəzi İntizam Komissiyasına seçkilər keçirilib.

Arzuxan Əlizadə yenidən partiyanın sədri seçilib.

Digər seçkili qurumların yeni tərkibi də formalaşıb.

Qurultayda eyni zamanda ölkədəki mövcud vəziyyət müzakirə edilib, siyasi, sosial-iqtisadi, yerli özünüidarəetmə və xarici siyasətlə bağlı təkliflər səsləndirilib, Qətnamə qəbul edilib.

Daha sonra partiyanın ötən dövr ərzindəki fəaliyyəti haqqında məruzə dinlənilib.

Seçilən
0
6
hafta.az

9Mənbələr