Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı 1997-ci il təvəllüdlü Orxan Şəfiyev və 2003-cü il təvəllüdlü M.Musayeva xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Məlumta görə, qəzada xəsarət alan Orxan Şəfiyev Vətən mühirəbəsi şəhidi Daşqın Şəfiyevin qardaşıdır.
Faktla bağlı araşdırma aparılır. (APA)

