Qazaxıstanda təsis edilmiş regional vençur fondu "White Hill Capital" Azərbaycan innovasiya ekosisteminə daxil olur.
Bakıda "PAŞA Holding"in təşkilatçılığı ilə keçirilən "INMerge 2025" İnnovasiya Sammitində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə "White Hill Capital" arasında Azərbaycanda yeni vençur maliyyələşmə şirkətinin təsis olunmasına dair Təsis Müqaviləsi imzalanıb.
"White Hill Capital" vençur fondu regional yatırımlardakı effektivliyini sübut edib və yaxın vaxtlarda Azərbaycan ekosistemi də bu fondun resurslarından maksimum faydalanacaq".
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov bildirib ki, yeni xarici vençur fondunun daxil olması yerli startapların qlobal bazara inteqrasiyasını sürətləndirəcək.
Qeyd edək ki, "White Hill Capital" 2021-ci ildə Qazaxıstanda təsis edilmiş regional vençur fondudur və əsasən Mərkəzi Avrasiya ölkələrindən olan startaplara yatırım edir.