RU

Makron: Paris Kişinyovun Avropaya inteqrasiya kursunu dəstəkləyir

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fransa prezidenti Emmanuel Makron Moldova seçkilərinin ilkin nəticələrini şərh edərək, Parisin Kişinyovun Avropaya inteqrasiya kursunu dəstəklədiyini bəyan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Fransa lideri "X" sosial şəbəkə hesabındakı müraciətində yazıb.

"Fransa Moldovanın Avropa layihəsini, onun azadlıq və suverenlik istəklərini dəstəkləyir", - deyə Makron qeyd edib.

Onun sözlərinə görə, Moldova vətəndaşları “müdaxilə və təzyiq cəhdlərinə” baxmayaraq, “həlledici seçim” ediblər. Prezident hansı müdaxiləni nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Moldova Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, prezident Maya Sandu tərəfindən yaradılan Hərakat və Həmrəylik Partiyası (PAS) səslərin 99,9%-i hesablandıqdan sonra parlamentə nəzarəti qoruyub saxlayıb və 50,16%, ona ən yaxın müxalifətin Vətənpərvərlər Bloku isə 24,19% səs toplayıb. Avropayönlü “Alternativ” bloku 7,97%, “Bizim Partiya” 6,20%, Avropayönlü “Demokratiya Evi” partiyası isə 5,62% səs toplayıb.

Bu məlumatlara görə, PDS 101 yerlik parlamentdə 55, Vətənpərvərlər Bloku 26, Avropayönlü “Alternativ” bloku 8, “Bizim Partiya” 6, “Demokratiya Evi” 6 yer ala bilər.

Hakim partiya bu üstünlüyü parlamentdə yer ala bilməyən rəqiblərinə verilən səslərin yenidən bölüşdürülməsi yolu ilə əldə edə bilərdi. Bununla belə, yekun nəticələri Mərkəzi Seçki Komissiyası hələ açıqlamır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
icma.az

1Источники