Ukraynanın FPV-dronu Rusiyanın Mi-28 “Gecə ovçusu” hücum helikopterini məhv edib.
Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, belə bir hava maşınının qiyməti təxminən 20 milyon dollar qiymətləndirilir.
59-cu hücum briqadası SBS Rusiya helikopterinin vurulduğu anın görüntülərini dərc edib. Hücum üçün 500 dollarlıq FPV dronundan istifadə edilib.
"Gecə ovçusu" adlandırılan Mİ-28 Rusiya ordusunun əsas hücum helikopterlərindən biri hesab olunur. Ukrayna hərbçilərinin sözlərinə görə, pilotsuz təyyarəni vurduqdan sonra o, tamamilə sıradan çıxıb.
Musavat.com