RU

“Qarabağ”-“Kopenhagen” oyununa hakim təyinatları bəlli olub

UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”la Danimarkanın “Kopenhagen” komandası arasında keçiriləcək II tur oyununa hakim təyinatları açıqlanıb.

Ucnoqta.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Sərdar Gözüböyük olacaq. Ona yan xətt hakimləri Ervin Zeynstra və Patrik İniya kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yannik Van Der Laan yerinə yetirəcək. VAR hakimi Yerun Manşot, köməkçisi Rob Diperink olacaq.

Qeyd edək ki, “Qarabağ”-“Kopenhagen” oyunu oktyabrın 1-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.

Избранный
46
14
ucnoqta.az

10Источники