RU

Mikayıl Cabbarov: Biznes mühitinin inkişafı üçün qanunvericilikdə dəyişikliklər vacibdir

ain.az, Operativ MM portalına istinadən məlumat verir.

Azərbaycanda biznes mühitinin inkişafı üçün qanunvericilikdə dəyişikliklər vacibdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.

O qeyd edib ki, Azərbaycanda biznes mühitinin və fəaliyyət göstərilən sahələrin inkişafı üçün qanunvericilik dəyişiklikləri vacibdir və ekosistemdəki yeniliklərin təşviqi önəmlidir: "İştirakçıların bu istiqamətdə təklif və fikirlərini təqdim etməsi vacibdir. Bu, həm bizim hansı istiqamətdə irəlilədiyimizi daha nizamlı və hesabatlı şəkildə göstərməyə, həm də innovasiya ekosistemində əməkdaşlığı gücləndirməyə imkan verəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
37
4
operativmm.az

5Источники