RU

BMT rəsmisi dünya ölkələrini iqlim dəyişikliyi ilə bərabər mübarizə aparmağa çağırıb

Bütün ölkələr iqlim dəyişikliyi ilə bərabər şəkildə mübarizə aparmalıdırlar.

“İki sahil” xəbər verir ki, bunu BMT Baş katibinin xüsusi nümayəndəsi Damilola Oqunbiyi Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi prosesi çox sürətlə gedir:

"Bu problemə qarşı tədbirləri təkmilləşdirməliyik. COP29 iqlim dəyişikliyi baxımından mühüm tədbir idi. Təkcə inkişaf etməkdə olan ölkələr deyil, digər dövlətlər üçün də mühüm idi".

D.Oqunbiyi bildirib ki, qlobal baxımından dünyanı gözləyən təhlükənin qarşısını almaq üçün iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşdirilmə mexanizmləri üzərində danışıqlar aparılmalıdır:

"Bu, COP30-da davam edəcək və bizim əsas çağırışlarımızdandır. Alternativ enerji mənbələri tapılmalıdır. Nə qədər geciksək, o qədər çox insan itirəcəyik, həm də inkişaf edə bilmərik".

BMT rəsmisi həmçinin tez bir zamanda qlobal tədbirlərin həyata keçirilməsinin zəruriliyinə diqqət çəkib.

Избранный
19
ikisahil.az

1Источники