RU

XİN də iqlim fəaliyyəti üzrə xüsusi diplomatik bölmə yaradılıb

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Xarici İşlər Nazirliyində iqlim fəaliyyəti ilə bağlı xüsusi diplomatik bölmə yaradılıb.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən tədbirdəki çıxışında deyib.

“Bizim ev sahibliyimizdə keçirilən “COP29” çox uğurlu olub. Bizim bunu deməyə əsasımız var. Çünki, ən çox iştirakçı, təxminən 70000-ə yaxın insan burada iştirak edib. Azərbaycan bu tədbirdə böyük inkluzivliyin mövcudluğunu təmin edib. Azərbaycan həm hökumətləri, həm də vətəndaş cəmiyyətinin üzvlərini “COP29”-a cəlb edə bilmişdi”- deyə Yalçın Rəfiyev bildirib.

XİN rəhbərinin müavini BMT-də bir sıra ölkələrin nümayəndələri ilə görüş keçirildiyini və bu ölkəlırin bəzilərini iqlim fəaliyyət planı yaratdığını qeyd edib.

Yalçın Rəfiyev iqlim fəaliyyəti ilə əlaqədar öhdəlik götürən ölkələri öz öhdəliklərinə əməl etməyə çağırıb. Və “COP 29” irsinin davam etdirilməli olduğunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
44
2
apa.az

3Источники