RU

Kreml: Putin Moskvada Trampla görüşməyə hazırdır

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin paytaxt Moskvada ABŞ prezidenti Donald Trampla görüşməyə hazır olduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, Rusiyanın TASS xəbər agentliyinə danışan Peskov Putinin Trampı Alyaskada keçiriləcək sammit üçün Moskvaya dəvət etdiyini xatırladıb.

Peskov bu təklifin keçərli olduğunu bildirərək, "Putin Trampla görüşməyə hazırdır və bundan xoşbəxt olacaq. Hər şey Trampın qərarından asılıdır" deyib.

Rusiyanın İngiltərə və Fransanın nüvə arsenalını nəzərə alması tələbinin doğru olub-olmaması ilə bağlı sualı cavablandıran Peskov bu məsələnin aktual olduğunu bildirib.

Peskov əvvəlcə Rusiya ilə ABŞ arasında Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (Yeni START) üzrə danışıqlara başlamalı olduğunu ifadə edərək, "Ancaq gələcəkdə nüvə arsenalları məsələsi də müzakirə edilməlidir. Bu arsenallar Avropanın təhlükəsizliyi və strateji sabitliyi probleminin tərkib hissəsidir" dedi.

Aytən Yaşar/ Turkustan.az

Избранный
20
4
turkustan.az

5Источники