RU

Əhaliyə XƏBƏRDARLIQ! Bu xəstəlik yenə sürətlə yayılır, simptomları isə...

İngiltərədə COVID-19-un yeni "Stratus" ştammı sürətlə yayılmağa başlayıb.

Olaylar.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu variant xüsusilə səsdə dəyişiklik - boğuq və kəsik danışıqla seçilir. Bununla yanaşı, klassik simptomlar - öskürək, boğaz ağrısı, yorğunluq və burun axması da müşahidə olunur.

"Stratus" ilk dəfə 2025-ci ilin yanvarında Cənub-Şərqi Asiyada qeydə alınıb və artıq 38 ölkədə yayılıb. İngiltərədə isə XFG.3 alt ştammı iyun ayından yoluxmaların 40%-ni təşkil edir.

ÜST bu variantı "nəzarət altında olan ştamm" kateqoriyasına daxil edib. Həkimlər qeyri-adi simptomlar hiss edən şəxslərə test verməyi və tibbi məsləhət almağı tövsiyə edirlər.

İnsanlara peyvənd və şəxsi gigiyena qaydalarına əməl etməklə qorunmaq məsləhət görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
18
7
olaylar.az

10Источники