RU

Bakı İqlim Fəaliyyəti Həftəsi işə başlayıb

Sentyabrın 29-da Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 (BCAW2025) işə başlayıb.

Xezerxeber.az xəbər verir ki, BCAW2025 regionun iqlim təqvimində mühüm tədbirlərdən biridir və dünya liderlərini, mütəxəssisləri, sərmayəçiləri, sahibkarları, gəncləri və icmaları iqlim həllərinə fokuslanaraq bir araya gətirir.

Proqrama enerji, maliyyə, iqlim adaptasiyası, kiçik və orta biznes müəssisələri, eləcə də ədalətli keçid mövzularında yüksək səviyyəli siyasi dialoqlar, sənaye və innovasiya liderləri, habelə yaşıl texnologiya sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin iştirakı ilə sektor üzrə dəyirmi masalar, iqlim idarəçiliyi və fəaliyyətinə yeni baxış bucağı təklif edən gənclərin moderatorluğu ilə sessiyalar və sair daxildir.

BCAW2025 çərçivəsində əsas diqqət iqlim tədbirlərinin sürətləndirilməsinə, eləcə də hökumətlər, şirkətlər, elmi dairələr və icma nümayəndələri arasında iqlim üzrə həllyönümlü əməkdaşlığın inkişafına yönəldiləcək.

Избранный
30
5
xezerxeber.az

6Источники