“Formula-1” üzrə dünya çempionatının Azərbaycan “Qran-pri”si ABŞ-də yarışın televiziya yayınları tarixində ən populyar mərhələ olub.
“Formula-1”in yayın hüququna uzunmüddətli sahib olan ABŞ telekanalı ESPN rekord tamaşaçı marağı qeydə alıb. Sentyabrın 21-də keçirilən əsas yarışın canlı yayını 1,1 milyon tamaşaçı toplayıb.
Halbuki yarış ABŞ vaxtı ilə səhər saatlarda start götürüb. Əvvəlki rekord 2021-ci ildə 970 min tamaşaçı ilə qeydə alınmışdı, 2024-cü ildə isə bu rəqəm 865 min idi.
Xatırladaq ki, “Formula-1”in Azərbaycan mərhələsi sentyabrın 19-21-də keçirilib və “Red Bull”un pilotu Maks Ferstappenin qələbəsi ilə bitib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта