RU

Moldova Rusiya üçün Avropanın daxilində bir siyasi qaladır

Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.

Moldovada Avropa yönümlü prezidenti Maya Sandunun Liberal Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) və Rusiyapərəst sosialistlərin lideri, sabiq prezident İ. Dodon arasında mübarizə gedir.

Politoloq Məhəmməd Əsədullazadə xalqcebhesi.az-a deyib ki, Rusiya üçün Moldova geosiyasi əhəmiyyət daşıyır. Bu ölkədə Rusiya Dnestryani separatçı rejim qurub. Moldovada Rusiya hakimiyyəti dəyişib, Ukraynaya Qərb istiqamətindən cəbhə açmağı planlaşdırır:

"Moskva sabiq prezident Dodona siyasi və maddi dəstək verməkdədir. Ümumiyyətlə, Moldova Rusiya üçün Avropanın daxilində bir siyasi qaladı. Ona görə də Moldovada siyasi sabitliyin əldə edilməsində maraqlı deyil. Bu ölkədə separatizmi dəstəkləyir.

İlkin hesablamalara görə prezident Sandunun partiyası seçkilərdə üstünlük qazanır. Bu, Rusiyanın məğlubiyyəti və Avropa ittifaqının qalib gəlməsidir. Qeyd edim ki, rusiyapərəst Dodonun partiyası seçkilərdə qalib gəlsəydi, Avropa İttifaqı buna imkan verə bilməzdi. Bu, Rusiyanın Avropaya qalib gəlməsi olacaqdı.

Moldovada Avropa yönümlü partiyanın qalib gəlməsi, Rusiyanın öz orbitinə çəkmək istədiyi regionlarda mövqeyini kifayət qədər zəiflədəcək.

Əgər, Rusiya Ukraynada məğlub olacaqsa, Moldovada Dnestryanı separatizmə son qoyulması mümkün ola bilər".

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
4
icma.az

5Источники