RU

“Rusların artıq reallığı qəbul etməsinin vaxtı çatıb” –ABŞ vitse-prezidenti

“Moskva son həftələrdə Ukrayna tərəfi ilə ikitərəfli, eləcə də ABŞ Prezidenti Donald Tramp və digər amerikalı rəsmilərin iştirakı ilə üçtərəfli görüşlərdən imtina edib“.

Bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib.

Cey Di Vens deyib ki, Moskva son həftələrdə Ukrayna tərəfi ilə ikitərəfli, eləcə də ABŞ prezidenti Donald Tramp və digər amerikalı rəsmilərin iştirakı ilə üçtərəfli görüşlərdən imtina edib. “Son həftələr onlar ukraynalılarla ikitərəfli, habelə Tramp və digər amerikalı rəsmilərin iştirakı ilə üçtərəfli görüşlərdən imtina etdilər”.

O əlavə edib ki, ABŞ sülh naminə fəaliyyətini davam etdirəcək və ümid edir ki, ruslar artıq “oyanacaq” və reallığı qəbul edəcək.

 

AzPost.az

Избранный
14
11
azpost.info

10Источники