RU

Komikadze “Mirotvorets”ə salındı

Ukrayna prezidenti Volodimir Zelenskinin parodiyalarını çəkən rusiyalı bloger Maks Komikadze Ukraynanın “Mirotvorets” məlumat bazasına daxil edilib.

"Unikal" xəbər verir ki, bloger Rusiyaya dəstək verməkdə və “Ukraynanın ərazi bütövlüyünü pozmağa cəhddə” ittiham olunur.

Qeyd edək ki, “Mirotvorets” Ukraynanın milli təhlükəsizliyinə təhdid hesab edilən şəxslər, o cümlədən dövlətin güman edilən düşmənləri, separatçılar və silahlı münaqişələrin iştirakçıları haqqında məlumat toplamaq üçün yaradılmış Ukrayna onlayn məlumat bazasıdır.

Избранный
99
unikal.az

1Источники