RU

Taksi sürücüləri üçün test imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzi tərəfindən 28 sentyabr 2025-ci il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı və Gəncə şəhərlərində növbəti test imtahanı keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

İmtahan gün ərzidə iki növbədə elektron formada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1520 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 1475 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1100 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Избранный
63
18
publika.az

10Источники