İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində fələstinlilər arasında ölənlərin sayı 66 mini keçib.
Publika.az xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.
"2023-cü il oktyabrın 7-dən bu yana ölənlərin sayı 66 005-ə çatıb və son 24 saat ərzində 79 nəfər ölüb", - nazirliyin açıqlamasında bildirilir.