RU

“Mançester Yunayted”in baş məşqçisi istefa ehtimalına münasibət bildirib

“Mançester Yunayted”in baş məşqçisi Rúben Amorim İngiltərə Premyer Liqasının 6-cı turunda “Brentford”a 1:3 hesabı ilə uduzduqdan sonra istefa verəcəyi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.

İdman.biz xəbər verir ki, portuqaliyalı mütəxəssis istefa ehtimallarının onu narahat etmədiyini vurğulayıb.

Amorim “Mançester Yunayted”də olduğu müddətdə bütün səylərini ortaya qoyacağını deyib: “Mən heç vaxt işim barədə narahat olmuram – mən belə insan deyiləm. Bu, mənim qərarım deyil. Burada olduğum hər dəqiqə komandam üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, 6 turdan sonra “Mançester Yunayted” turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. Komandanın aktivində 6 xal var, top fərqi isə mənfidir (-4). Növbəti turda, oktyabrın 4-də “Yunayted” “Sanderlend”lə qarşılaşacaq.

İdman.biz

Избранный
19
1
idman.biz

3Источники