RU

Dişlərə döymə: Tatu ustaları kommersiya məqsədilə hoqqa çıxardırlar

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gənclərin bədənləri incəsənət qalereyasına bənzəyir, sağlamlığı dəbə qurban verməyin

Qoluna “ne zabudu rodnuyu mat (sonda kiril əlifbasındakı “ü” olmaqla), “Tanya”, “Olya”,

“Lyubof(c), yazdıranlara, biləyinə, barmaqlarının üzərinə doğum tarixini, “ana” kəlməsi

döydürənlərə sovet vaxtı rast gəlinirdi. Belələri əsasən, mafiya başçıları, ya dustaq yatmış şəxslər

- kişilər olurdu, ya da əsgərlikdə anasının, ya sevgilisinin həsrətini çəkən gənc oğlanlar. 

Elə bir zəmanəyə gəlib çıxdıq ki, nəinki gənc qızlar, oğlanlar, yeniyetmə qızlar da bədənlərinin müxtəlif

yerlərinə əcaib-qəraib döymələr etdirir. Elələri var, bütün bədənini şəkilə bürüyüb. Sanki rəsm

qalereyasıdı bədəni. Gənc bir qızın buduna və ya baldırına oğlan başı, əjdaha, ilan, hətta skelet

şəklini tatu etdirməsi nə məna daşıyır, soruşsan, bəlkə, özü də heç izah edə bilməyəcək. Amma

dəbdir və müasir gənclər bu axına qoşulub gedirlər. Sərsəm gediş nə zaman bitəcək, nə zaman

dayanacaq, bu da bilinmir. Vaxtilə qullara vurulan damğa misalı buruna, qulağa, dodaqlara sırğa

taxmaq, qaş düzdürmək azmış kimi indi də dişlərə döymə etdirmək trendi yayılıb. Çində diş

üzərində döymə etdirmək dəbi yayılıb. Tatu ustalarının fikrincə, təsvir diş minasına zərər vermir,

çünki 3D çap texnologiyası ilə xüsusi hazırlanmış tacın səthinə çəkilir. Bu bəzək növünün əsas

üstünlüyü onun müvəqqəti xarakter daşımasıdır: daimi döymədən fərqli olaraq, sadəcə, yenisi ilə

əvəz etməklə asanlıqla çıxarıla bilər. Çoxları üçün bu, özünü ifadə etməyin yeni üsuluna çevrilib.

Xoşbəxt nömrələr, sevdiyinin baş hərflərini döymə etmək, eləcə də uğur qazanmaq, məqsədlərə

çatmaq üçün nəzərdə tutulan ifadələr məşhurdur. Tələb o qədər artıb ki, bəzi stomatoloji

klinikalar tac yerləşdirməni pulsuz bonus kimi təklif etməyə başlayıblar. Bununla belə,

stomatoloqlar hesab edirlər ki, oyma prosesi tacın gücünü azalda bilər və aşınmanı sürətləndirə

bilər ki, bu da tibbi baxımdan tövsiyə edilmir.

Psixoloqların fikrinə görə isə bədənin müxtəlif yerlərinə tatu döydürmək sadəcə kompleksdən

irəli gəlir. Bəzi adamlar elə düşünür ki, tatu döydürməklə daha çox diqqət çəkə, qeyri-adi,

cəlbedici görünə bilərlər. Həkimlər tatunun bədənə, orqanizmə ziyanlarını həmişə vurğulayırlar.

Bildirirlər ki, tatunun insan səhhətinə ciddi zərərləri var. Tatu döymələri müxtəlif dəri

xəstəliklərinə səbəb olur və hətta dəri xərçəngi belə yaradır. Bundan başqa, hamiləlikdə qadın

bədəninə döymə etdirərsə, körpənin inkişafına mənfi təsir edə və anormallığa səbəb ola bilir.

Həmçinin tatu vurduran insanlarda tetanus, herpes deyilən uçuqların da yaranması mümkündür.

Tatunun səbəb ola biləcəyi ağır xəstəliklərdən biri də Hepatit B və C xəstəlikləridir. Döymələr

həm də allergik reaksiya yaradır. Kimyəvi reaksiya nəticəsində limfa düyünü iltihabına səbəb

olur. Bəziləri isə düşünür ki, müvəqqəti döymələr daimi döymələr kimi təhlükəli deyil. Əslində

bu, yanlış düşüncədir. Müvəqqəti döymələr bir ay sonra dəridən çıxsa da, allergik narahatlıqlara,

ciddi infeksiyalara, hətta QİÇS kimi yoluxucu xəstəliklərin keçməsinə səbəb ola bilir. Döymələr

zamanı istifadə edilən rəngli boyalar insan orqanizmi üçün bir sıra problemlər yarada bilir.

Maqnit sahəsinə münasibətdə orqanizmin bioenerjisinin pozulması, müxtəlif nevroloji halların

ortaya çıxması kimi hallar yarada bilir. Epidermis qatına döymə edilərsə, bu qat mütəmadi

təzələndiyi üçün döymə də itib gedir. Ancaq dermaya hopdurulan boyalar uzun müddət, hətta

ömür boyu qalır. Tatu sonrası dəri natamam olduğuna görə infeksion xəstəliklərə yoluxmalar ola

bilir. Bura Hepatit B, C və digər infeksiyalar aiddir. Əsasən də rəngli tatular bu tip xəstəliklərə

səbəb ola bilər. Dermatoloq bu məsələdə peşəkarlığın da yüksək olmasını vacib sayır. Tatunun

digər problemi peşəkarlıq məsələsidir. Bu işlə məşğul olanlar çoxdur. Digər tərəfdən də tatu

edərkən bir qabda olan boyadan istifadə olunur, onun müəyyən qədəri başqa bir qaba boşaldılır

və dəriyə yeridilir. Burada steril qaydaların nə dərəcədə gözlənilməsi tatunu edən şəxsin

peşəkarlıq səviyyəsindən, təhsil və elmindən, bu məsələ ilə bağlı nə dərəcədə bilgili olmasından

asılıdır. Təbabətdə aseptikanı bilmədən bu sahədə fəaliyyət göstərmək olmaz. Bunların

pozulması müştərinin ağır xəstəliklərə yoluxmasına gətirib çıxara bilər. Kosmetologiyada,

stomatologiyada, cərrahiyyədə bu praktika çox ciddidir. Bu gün virusların geniş yayılmasına

gətirib çıxaran yollar çoxdur və bunlar nəzərə alınmalıdır. İstər manikür-pedikür, istər tatu

zamanı, digər kosmetoloji prosedurlar zamanı, təəssüflər olsun ki, bu virusların keçmə ehtimalı

hələ də qalır.

Həkim-pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında dişlərə döymənin də, ümumiyyətlə, bədənə

tatu etdirməyin ziyanlı olduğunu dedi:

- İstənilən müdaxilə dərini, o cümlədən də dişin mina qatını zədələyir. İndi tatu ustaları

kommersiya məqsədilə hoqqa çıxardırlar. Belə də yazın. Amma tibbi baxımdan qətiyyən düzgün

deyil! Dəbə uyanlar gərək bu barədə düşünsünlər. Sağlamlıqlarını dəbə qurban verməsinlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
36
1
sherg.az

2Источники