RU

"Qoca qartal" ləqəbli qazi Cavid Həsənov: "Şuşanı əsl sahibləri azad etdilər" - VİDEO

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən "Qoca Qartal" ləqəbli qazi Cavid Həsənov Vətən müharibəsi zamanı yaşadıqları çətinliklərdən və Şuşanın azad olunması prosesindən danışıb.

Cavid Həsənov 2020-ci ildə başlayan müharibədə Füzuli istiqamətindən döyüşlərə qoşulub.

Qazi bildirib ki, Füzuli istiqamətində döyüşmək olduqca çətin olub: "Füzuli istiqaməti relyef cəhətdən düzənlik olduğundan orada döyüş aparmaq bizim üçün çox çətin idi. Buna baxmayaraq, biz keçdiyimiz təlimlər sayəsində Şuşanı azad etməyə nail olduq".

Cavid Həsənov həmçinin keçdiyi uzun döyüş yoluna görə ona "Qoca Qartal" ləqəbinin verildiyini də qeyd edib.

Ətraflı Baku TV-nin süjetində:

Избранный
45
1
qaziler.az

2Источники