RU

Messi müqavilə bağlamağa razılıq verdi

Lionel Messi “İnter Mayami” ilə yeni müqavilənin bütün şərtlərinə razılaşıb.

Msport.az xəbər verir ki, bu barədə insayder jurnalist Nikolo Şira özünün “X” səhifəsində yazıb.

Messinin hazırkı müqaviləsi ilin sonuna qədərdir. İyulda jurnalist Havi Kampos bildirib ki, Messi növbəti Dünya Çempionatında (2026) və Amerika Kubokunda (2028) oynamaq istədiyi üçün klubla müqaviləsini 2028-ci ilin sonuna qədər uzatmaq niyyətindədir.

38 yaşlı Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edib. Messi karyerası ərzində “Barselona” və “PSJ-də çıxış edib. Argentinalı səkkiz “Qızıl top” mükafatını qazanıb. Argentina milli komandası ilə 2022 Dünya Kubokunu, 2021 və 2024 Copa America, 2022 Finalissima və 2008 Olimpiya Oyunlarını qazanıb.

Избранный
30
7
msport.az

8Источники