Azərbaycanda keçirilən III MDB Oyunlarında növbəti medalçılar bəlli olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Gəncə İdman Sarayında üzgüçülük yarışlarına start verilib.
İlk olaraq qadınların yarışında 800 metr məsafəyə sərbəst üsulla üzmədə mükafatçılar müəyyənləşib.
Rusiya təmsilçisi Anastasia Çernişova birinci, onun həmyerlisi Valeria Brazniçenko ikinci, Belarusdan olan Kseniya Mastoviç üçüncü yeri tutub.
Azərbaycan üzgüçüsü Anastasiya Qnussina dördüncü yerlə kifayətlənib.