AZ

Azərbaycan millisinin baş məşqçisi: "Növbəti günlərdə medallarımızın sayı artacaq"

Növbəti günlərdə Azərbaycan idmançılarının medallarının sayı artacaq.

"Report"un Qərb bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında III MDB Oyunlarında iştirak edən üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürrəhmanov deyib.

O, yığmanın yarışdakı çıxışından danışıb:

"Komandamızın bu günkü nəticəsindən razıyıq. İstəyərdik ki, 500 metrlik məsafəyə olan yarışda medalımız olsun. Çünki idmançımız buna hazır idi. Lakin nədənsə idmançımız biraz həyəcanlı oldu. Düşünürəm ki, digər günlərdə komandamız növbəti medallar qazanar. Əlbəttə ki, bu idmandır ən yaxşı nəticə gözlədiyimiz idmançı medal qazanmaya bilər. Amma düşünürəm ki, digər məsafələr üzrə yarışlarda nəticələrimizi yaxşılaşdırarıq".

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən Süleyman İsmayılzadə 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında gümüş, 200 metr məsafəyə dörd üslübdan ibarət fərdi üzgüçülük yarışında Yeqor Maynitski və qadınların 100 metr məsafəyə "butterfly" üsulu üzrə mübarizəsində Mehri Əbdürəhmanlı bürünc medal qazanıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
15
olaylar.az

10Mənbələr