RU

Dünyada evlərin kirayəsinin ən bahalı olduğu şəhərin adı açıqlandı

London kirayə evlərin qiymətinə görə dünyanın ən bahalı şəhəri seçilib.

Bu barədə “RİA Novosti” nəşri yazıb.

Məlumata görə, Böyük Britaniya paytaxtında birotaqlı mənzilin kirayəsi ayda 2700 dollara başa gəlir. Eyni zamanda şəhərin mərkəzində mənzil üçün 3100 dollar ödəmək lazım olur.

Sinqapurda ev kirayəsi cəmi bir neçə dollar ucuz qiymətə başa gəlir. Vaşinqtonda kirayə nəzərəçarpacaq dərəcədə ucuzdur ki, burada orta hesabla 2300 dollara mənzil kirayələmək olar. Amsterdamda kirayə haqqı 50 dollar daha azdır, İrlandiyanın Dublin şəhərində isə 2200 dollara mənzil kirayə götürmək mümkündür.

Birotaqlı mənzil üçün ən ucuz aylıq kirayə haqqı isə Banqladeşdədir. Analitiklərin sözlərinə görə, Dəkkə orta qiymətləri 100 dollardan aşağı olan yeganə paytaxt olub.

MənbəOXU.AZ
Избранный
16
3
banker.az

4Источники