RU

Türkiyə Superliqası: “Karagümrük”lə “Trabzonspor”un oyununda 7 qol vurulub

Türkiyə Superliqasında üç oyun keçirilib.

İdman.biz bildirir ki, “Qaziantep” öz meydanında “Samsunspor”la qarşılaşıb. Oyun 2:2 hesabı ilə qurtarıb.

7-ci turun digər oyunnda “Eyüpspor” “Göztəpə”ni qəbul edib bu oyunda hesab açılmayıb.

Digər qarşılaşma isə “Karagümrük” və “Trabzonspor” arasında olub. Qol cəhətdən bol olan oyunda trabzonlular 4:3 hesabı ilə qələbə qazanıblar.

Bu oyunlardan sonra “Trabzonspor” 14 xalla ikinci yerdədir, üçüncü yerdəki “Göztəpə” onlardan 1 xal geri qalır. 12 xal yığmış “Samsunspor” 5-cidir. “Qaziantep” 11 xal toplayıb və 6-cı yerdədir. “Eyüpspor” 5 xalla 14-cü, “Karagümrük” isə 3 xalla 17-ci yerdə qərarlaşıb.

İdman.biz

Избранный
18
1
idman.biz

2Источники