RU

PSJ qələbə qazanaraq liderliyini möhkəmləndirib - VİDEO

Fransa Liqa 1-də VI turun “Pari Sen-Jermen” – “Oser” matçı başa çatıb.

İdman.biz bildirir ki, komandalar Parisdəki “Park des Prens” stadionunda qarşılaşıblar.

32-ci dəqiqədə ukraynalı müdafiəçi İlya Zabarnı hesabı açıb – 1:0. Bu, ukraynalının parislilərin heyətində debüt qolu olub. 54-cü dəqiqədə braziliyalı müdafiəçi Lukas Beraldo fərqi iki topa çatdırıb.

PSJ 6 oyundan sonra 15 xalla Liqa 1-in turnir cədvəlində birincidir. “Oser” Fransa çempionatında 6 xalla 13-cü yerdədir.

İdman.biz

Избранный
13
1
idman.biz

2Источники