RU

Hindistandakı mitinqdə 30-a yaxın adam ölüb

Tamil aktyoru və siyasətçi Vicayın Hindistanın cənubundakı Tamilnad əyalətində keçirdiyi mitinqdə azı 29 nəfər ölüb, 50-yə yaxın adam yaralanıb.Bu barədə "Hindu" qəzeti ştatın səhiyyə naziri Subramanyana istinadən məlumat yayıb.

"Vijayın siyasi partiyası Tamilaga Vettri Kazhaqama dəstək olaraq ştatda davam edən seçki turunun bir hissəsi olan Karur şəhərində keçirilən görüşdə xeyli insan toplanıb. Hadisə yerinə yaxın rayonlardan azı 44 həkim göndərilib", - məlumatda bildirilir.

"Tamilnad ştatının Karur şəhərində siyasi mitinq zamanı baş verən xoşagəlməz hadisə dərin hüzn doğurur", - Hindistanın Baş naziri Narendra Modi "X" sosial şəbəkəsində yazıb.

Избранный
15
3
anews.az

4Источники