RU

“Yuventus” “Atalanta” ilə heç-heçə etdi

İtaliya A Seriyasının V turunda “Yuventus” doğma meydanda “Atalanta” qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, oyun Turin şəhərindəki “Allianz” stadionunda baş tutub və baş hakim Simone Sodza olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Oyunun ilk qolu 45+1-ci dəqiqədə vurulub. Bergamo təmsilçisinin qanalı hücumçusu Kamal Sulemana fərqlənib. 78-ci dəqiqədə “Yuventus”un müdafiəçisi Xuan Kabal hesabı bərabərləşdirib. 80-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Marten de Ron iki sarı vərəqə nəticəsində meydandan qovulub.

“Atalanta” mövsüm ərzində xallarını 9-a çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Yuventus” ikinci yerdə qalıb və 5 oyunda 11 xal toplayıb. Lider “Napoli” isə 4 oyunda 12 xala malikdir.

Избранный
50
90deqiqe.az

1Источники