RU

Qeyri-sabit hava bölgələrdə fəsadlara səbəb olubVİDEO

Lənkərana yağan intensiv leysan yağışları nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilib.

Xezerxeber.az xəbər verir ki, ötən gün axşam saatlarından Lənkəranda normadan artıq yağan intensiv yağışlar şəhər ərazisində problemlər yaradıb. Sel suları həyətlərə dolub. Nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Çətinliklər əsasən, şəhərin Zərifə Əliyeva və Səttərxan küçələrində müşahidə olunur.

Su basan ərazilərə Fövqəlada Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Həyətlərdə yığılan yağış sularının çəkilməsi istiqamətində işlər davam etdirilir. Hazırda Lənkəranda leysan xarakterli yağış davam edir.

Normadan artıq yağan yağış nəticəsində Astaranın Ərçivan qəsəbəsindəki  həyətləri su basıb.

Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün dərhal Fövqəlada Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb edilib. Görülmüş tədbirlər nəticəsində 10-u azyaşlı olmaqla ümumilikdə 33 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
100
xezerxeber.az

1Источники