RU

Hikmət Hacıyev Prezident İlham Əliyevin balaca Nilayla şəklini paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Gəncəyə səfəri ilə bağlı paylaşım edib.

H.Hacıyev "X" sosial şəbəkəsində müvafiq postu paylaşıb.

Prezident İlham Əliyev balaca Nilayın - 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində valideynlərini və yaxınlarını itirmiş qızcığazın əlini nəvazişlə tutur – bu, həqiqətən də "danışan fotolar"dır, burada görüntünün özü bütün faciəvi əhvalatı sözsüz izah edir", - prezidentin köməkçisi yazıb.

Избранный
50
13
far.az

10Источники