RU

XİN rəsmisi 4 minə yaxın itkin düşən azərbaycanlının taleyi ilə bağlı BMT-də çağırış edib » AzadMedia.az



Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında itkin düşən 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı çağırış edib.

"Report" Azərbaycan XİN-in rəsmi "X" hesabına istinadən xəbər verir ki, E.Məmmədov sessiya çərçivəsində "Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər: Cavabların axtarışının genişləndirilməsi" mövzusunda Yüksək Səviyyəli Görüşdə iştirak edib.

Nazir müavini çıxışında Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə diqqət çəkib, həqiqətin və ədalətin təmin olunması üçün beynəlxalq səylərin gücləndirilməsinə çağırıb.
Избранный
18
10
azadmedia.az

10Источники