Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Misli Premyer Liqasında VI tur davam edir.
QOL.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başlayıb.
“Şamaxı” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edir. Hazırda “Şamaxı” 5 xalla 9-cu pillədə qərarlaşıb.
Naxçıvan təmsilçisi isə 10 xalla dördüncüdür. Elmar Baxşıyevin komandası bu görüşdə qələbə qazansa, zirvəyə yüksələcək.
Günün ikinci matçında “Neftçi” öz meydanında “Karvan”ı sınağa çəkəcək. Ötən tur qələbə həsrətinə son qoyan paytaxt təmsilçisi hazırda 6 xalla 8-ci, Yevlax klubu isə 4 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.
27 sentyabr
15:30. "Şamaxı" - "Araz-Naxçıvan" - 1:1 (İkinci hissə)
Qollar: Rüfət Abbasov, 28 (1:0); Şarl Boli, 73
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Eyyub İbrahimov
Şamaxı şəhər stadionu
19:00. "Neftçi" - "Karvan"
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Vüqar Həsənli
"Neftçi Arena"
28 sentyabr
16:30. "Turan Tovuz" - "Kəpəz"
19:00. "Sabah" - "Sumqayıt"
26 sentyabr
"İmişli" - "Zirə" - 1:1
"Qarabağ" - "Qəbələ" - 2:0
Bombardirlər:
Toral Bayramov ("Qarabağ") - 3 qol
Martins Juniyor ("Zirə") - 3 qol
Olabe Roberto ("Turan Tovuz") - 2 qol
Coy-Lens Mikels ("Sabah") - 2 qol
Ceyhun Nuriyev ("Zirə") - 2 qol
İssa Cibrila ("Zirə") - 2 qol
Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 2 qol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.