RU

PSJ-nin baş məşqçisi: “Futbolçu transferi asan iş deyil”

PSJ-nin baş məşqçisi Luis Enrike klub üçün oyunçu tapmağın asan olmadığını açıqlayıb.

İdman.biz xəbər verir ki, onun sözlərinə görə, futbolçu seçərkən həm insan keyfiyyətləri, həm də maliyyə tərəfi nəzərə alınmalıdır.

Enrike vurğulayıb ki, böyük məbləğə transfer edilən oyunçuya ciddi təzyiq düşür. O, PSJ-yə uyğun futbolçu tapmağın çətin olduğunu da qeyd edib.

İdman.biz

Избранный
6
1
idman.biz

2Источники