RU

Xocalıda ağacəkmə aksiyası keçirilib - FOTOLAR

27 Sentyabr – Anım Gününün 5-ci ildönümü münasibətilə Xocalı rayonunda ağacəkmə aksiyası təşkil olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, şəhidlərin əziz xatirəsini əbədiləşdirmək məqsədilə keçirilən aksiya Xocalı rayonunun Ballıca kəndində baş tutub.

Aksiyada Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

Aksiya çərçivəsində 200-dən çox çinar, şam, zeytun və badam ağacları əkilib.

“Cebheinfo.az”

Избранный
42
11
cebheinfo.az

10Источники