RU

Gərginlik ARTIR: İran 3 ölkədən səfirlərini təcili GERİ ÇAĞIRDI

İran sanksiyaların bərpası ilə bağlı qərara etiraz olaraq Böyük Britaniya, Fransa və Almaniyadakı səfirlərini geri çağırıb.

Musavat.com xəbər verir ki, İran dövlət televiziyası bu addımı "BMT Təhlükəsizlik Şurasının ləğv edilmiş qətnamələrini yenidən qüvvəyə mindirməyə çalışan üç Avropa ölkəsinin məsuliyyətsiz davranışı" ilə izah edib.

Xatırladaq ki, ötən gün BMT Təhlükəsizlik Şurasının 15 üzvündən əksəriyyəti Çinin və Rusiyanın təqdim etdiyi qətnamə layihəsinin əleyhinə səs verib. Sənəd Tehrana danışıqlar üçün daha çox vaxt ayırmağı və sanksiyaların bərpasını 2026-cı il aprelin 18-dək - əlavə 6 ay müddətinə təxirə salmağı nəzərdə tuturdu.

Qeyd edək ki, avqustun sonunda Böyük Britaniya, Fransa və Almaniyadan ibarət Avropa "üçlüyü" BMT-nin Tehrana qarşı dayandırılmış sanksiyalarını 30 gün ərzində bərpa etmək üçün "snapback mexanizmi"ni işə salıb. Həmin mexanizmin müddəti sentyabrın 28-nə keçən gecə başa çatır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
2
olaylar.az

10Источники