RU

Prezidentin Gəncə səfərində diqqət çəkən məqam - Fotodakı qız kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.

News24.az xəbər verir ki, Prezident İlham Əliyev Gəncə Memorial Kompleksində Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb.

Vətən müharibəsi dövründə ermənilərin Gəncəyə raket hücumu nəticəsində ata-anasını itirən Nilayın Prezidentlə əl-ələ görüntüsü böyük maraq doğurub.

Qeyd edək ki, həmin hücum zamanı Nilay Əliyeva yalnız valideynlərini deyil, həm də ata nənəsini itirib. Atası Adil Əliyev partlayış anında, anası Günay Əliyeva isə bir gün sonra həlak olub. Nilay hazırda ana nənəsi Sevil Babazadənin himayəsindədir.

Aqil Qarayev 

Избранный
76
1
news24.az

2Источники