RU

"O, bizim heyətimizdə əhəmiyyətli rol oynayacaq"

"Nottingem Forest"in yeni baş məşqçisi Ancelos Postekoqlu "Arsenal"dan icarəyə götürülən Aleksandr Zinçenko barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "BBC" çalışdırıcının dediklərini belə çatdırıb.

"Zinçenkonun dəvət olunması bizim üçün möhtəşəm qərardır. Ola Aynanın itirilməsi böyük zərbə oldu və bizə Aleksandrı heyətə qatmağa icazə verilməsəydi, ciddi cinah müdafiəçisi çatışmazlığı yaşayacaqdıq. Qaydaya edilən düzəlişə görə çox şadam.

O, bizim üçün son dərəcə vacib olacaq. Artıq indi görünür ki, o, yüksək keyfiyyətli və Avropa futbolunun ən yüksək səviyyəsində təcrübəyə malik oyunçudur. Onu komandamızda görmək əladır" 

Xatırladaq ki, Zinçenko artıq "Forest"in heyətində üç tam oyun keçirib, lakin hələlik məhsuldar göstərici ilə yadda qalmayıb.

Избранный
18
90deqiqe.az

1Источники