RU

Şəhidlərimizin xatirəsi Ağstafada silsilə tədbirlərlə anıldı Fotolar

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi təsis olunmasının beşinci ildönümünü ağstafalılar da böyük fəxarət hissi ilə qeyd ediblər.

“Qafqazinfo” xəbər verir ki, rayon ictimaiyyəti tərəfindən Ağstafa rayon Şəhidlər xiyabanı və Şəhidlər Memorial Abidə Kompleksi ziyarət olunub, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.

Anım tədbirlərində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Saat 12:00-da Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
qafqazinfo.az

2Источники