RU

Fransada Sarkoziyə hökm çıxaran hakimə qarşı təhdidlər araşdırılır

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Fransanın keçmiş prezidenti Nikolya Sarkozini 5 il həbs cəzasına məhkum edən hakimin ölüm təhdidləri almağa başlamasından sonra Fransa Məhkəmə İttifaqı prokurorluğa şikayət edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.

İnternetdə alınan mesajların “ölümlə hədələmə və ya şiddətli zorakılıq” olduğu dəqiqləşdirilib. Şikayət müvafiq idarəyə daxil olduqdan  sonra iki araşdırma başladılıb və iş onlayn təhlükə ilə mübarizə üzrə milli idarəyə göndərilib.

Prokurorluq xatırladıb ki, “dövlət vəzifəsini tutan şəxslərə qarşı ölümlə hədələmə” “beş il müddətinə azadlıqdan məhrumetmə cəzasını” nəzərdə tutur, davamlı onlayn təqib və təhqir isə iki ilədək həbs cəzası və 30 min avroya qədər cərimə ilə nəticələnə bilər. Dövlət məmurunun şəxsiyyətini və yerini müəyyən etməyə imkan verən, bununla da onların həyatı və əmlakı üçün təhlükə yaradan şəxsi məlumatların açıqlanması 5 ilə qədər həbs cəzası və 75.000 avroya qədər cərimə ilə nəticələnə bilər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
icma.az

1Источники