RU

İran Prezidenti adından saxta xəbərlər yayılır VİDEO

ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İran Prezidenti Məsud Pezeşkian bir universitetdə türk dilində danışanda mollalar reaksiya göstərib. Pezeşkian türk dilində danışmağa davam edərkən mollalardan birinə “otur yerinə” deyərək çıxışıb. Baş verənlərdən sonra mollalar da türk dilində danışmağa başlayıblar”.

Yenisabah.az xəbər verir ki, Türkiyə mediasında belə saxta xəbərlər tirajlanmağa başlayıb.

Lakin hadisənin türk dili ilə heç bir əlaqəsi yoxdur. Bu, seçki müzakirəsidir və hər iki tərəf Təbrizdə olduqları üçün müzakirənin əvvəlindən etibarən Azərbaycan dilində danışırlar. pizza mizza

Qeyd edək ki, 2024-ci ilin fevralında Təbriz Universitetində Pezeşkianın  qalmaqal yaradan debatı baş tutub. Hazırda paylaşılıb, saxta tirajlanan xəbərlər də həmin debata aid görüntülərdən hazırlanıb.

Xatırladaq ki, Məsud Pezeşkian həmin vaxt deputat və həkim olaraq fəaliyyət göstərib.

Aytac Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
106
1
yenisabah.az

2Источники