RU

İran Avropa üçlüyündəki səfirlərini geri çağırıb

BMT Təhlükəsizlik Şurasının İran əleyhinə sanksiyalarının bərpasını nəzərdə tutan "Snapback” mexanizminin aktivləşdirilməsi səbəbi ilə İran Almaniya, Fransa və Böyük Britaniyadakı səfirlərini məsləhətləşmə üçün Tehrana çağırıb.

Bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

İran XİN bildirib ki, Avropa tərəfləri Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə problemin həlli mexanizmindən sui-istifadə edib.

Qeyd edək ki, ötən gecə BMT Təhlükəsizlik Şurası 2231 saylı qətnamənin müddətinin uzadılması və "Snapback” mexanizminin aktivləşdirilməsinin qarşısının alınması məqsədilə Rusiya və Çin tərəfindən təqdim olunan qətnamənin ilkin mətni haqda iclas keçirib. İclasda 4 ölkə qətnamənin lehinə, 9 ölkə əleyhinə və 2 ölkə bitərəf səs verib. Beləliklə 27 sentyabrdan etibarən İran əleyhinə BMT Təhlükəsizlik Şurasının qətnamələri yenidən bərpa olunur.

İran "Snapback” mexanizminin aktivləşməsinə reaksiya verəcəyini elan edib.

Əlavə edək ki, 20 iyul 2015-ci ildə BMT Təhlükəsizlik Şurası 2231 saylı qətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq olunan öncəki 6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmli sanksiyaların ləğvi ilə nəticələnib.

Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü müddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin planı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır. Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMT Təhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMT Təhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda, İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər. Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbi əməliyyat icazəsi verir.

 

Избранный
26
24
7news.az

10Источники