Abşeronda anbarda güclü yanğın baş verib.Bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта